Onlayn ictimai-siyasi qəzet
“Laçın yolu Ermənistan tərəfindən son 3 il ərzində sui-istifadə edilib. Təəssüf ki, bütün bu illər ərzində Litva susqunluq nümayiş etdirib”.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.
O, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi erməni yalanlarına inanmamağa çağırıb.
Qeyd edək ki, litvalı nazir ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığında Laçın yolunun “bağlanmasının ağır humanitar nəticələri ilə bağlı narahatlığını” bildirmişdi.
26 May 2025
25 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ