Onlayn ictimai-siyasi qəzet
Aytən Səfərovanın aparıcısı olduğu "Xəbər ertəsi" verilişində ilk dəfə onun qəzaya düşməsi ilə bağlı açıqlama verilib.
Musavat.com baku.ws-ə istinadən bildirir ki, bu barədə Səfərova ilə verilişi təqdim edən həmkarı Mehman Rəsulov danışıb.
O baş verən hadisənin "Xəzər tv" kollektivini və onu çox üzdüyünü qeyd edib:
"Ötən gün həmkarın Aytən Səfərovanın qəzaya düşməsi "Xəzər" ailəsini və bizi çox qayğılandırdı. Qəza nəticəsində Aytənin səhhətində ciddi problemlər yaranıb. Digər maşında da xəsarət alanlar var. Bu dəqiqə hadisə ilə bağlı hüquqi prosedurlar davam edir. Yaxın zamanlarda məsələyə hüquqi qiymət veriləcək. Biz hər iki avtomobildə xəsarət alan sərnişinlərə Allahdan şəfa versin.
Peşəkar həkimlərimizə güvənirik. Onlar xəsarət alan insanları tezliklə öz işlərinə qaytaracaqlar. Mən də həmkarım Aytəni burada gözləyirəm".
Xatırladaq ki, ötən gün səhər saatlarında tanınmış teleaparıcı Aytən Səfərovanın iştirakı ilə Zığ şosesi ilə 8 Noyabr prospektinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ