Onlayn ictimai-siyasi qəzet
"ID Consulting Limited" şirkətinin təsisçisi və ortağı, menecer Ayşe Barım saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Baş Prokurorluğundan açıqlama verilib.
Ayşe Barım barəsində "Gəzi parkı hadisələrində iştirak" iddiası ilə istintaq başladılıb. Barım “Türkiyə Cümhuriyyətini devirməyə cəhd və ya öz vəzifələrini yerinə yetirməsinə mane olmaq” ittihamı ilə saxlanılıb.
Qeyd edək ki, Türkiyə mediasında Ayşe Barımın aktrisalardan birinin homoseksual müğənni ilə sevgili kimi təqdim etməsi ilə bağlı məlumatlar yayılmışdı.
Həmin müğənninin agentliyə və aktrisaya pul ödədiyi iddia edilmişdi. Onun Mert Demir, aktrisanın Serenay olduğu deyilirdi.
Bundan sonra İstanbul Baş Prokurorluğu tərəfindən "ID Consulting Limited" şirkətinin təsisçisi və ortağı, Serenay Sarıkaya kimi bəzi sənətçilərin meneceri olan Ayşe Barım haqqında sosial media platformalarında yayılan paylaşımlarda və xəbərlərdə yer alan iddialara dair istintaq başladılmışdı. İstintaqın "iş azadlığının pozulması" və "şantaj" kimi iddialarla bağlı olduğu bildirilmişdi.
Könül İbrahim
Musavat.com
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ