İnsanlara hürriyət, millətlərə istiqlal!

Aynur Sabitova Xətai rayonunda baş verən yanğınla bağlı məlumat paylaşıb

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova Xətai rayonunda baş verən yanğınla bağlı məlumat paylaşıb.

O, bildirib ki, yanğın Ədliyyə Nazirliyinin İcra idarələrinin birinin inzibatı binasında deyil, yaxınlıqdakı çay evində baş verib:

"Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayonu icra şöbəsinin inzibatı binasında yanğına dair yayılan xəbərlərlə  bağlı bildirirəm ki, yanğın nazirliyimizin həmin qurumunun binasında deyil, qonşuluqdakı çay evində baş verib. Yanğın Xətai rayonu icra şöbəsinə keçməyib. Hal-hazırda yanğın söndürülüb. Xəsarət alan yoxdur".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR