İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayk Mamicanyan: “Paşinyan insanların emosiyaları ilə alver edir”  

 

“Ermənistanın baş naziri Nikol Paşinyan emosiyaların “satıcısıdır”. O nə edirsə hər şeyə “sülh” sözü əlavə edir ki,  bu da onun cəmiyyətdə müsbət şəkildə təqdim olunmasına şərait yaradır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş hakim Respublika Partiyasının üzvü, “Şərəf duyuram” fraksiyasının rəhbəri Ayk Mamicanyan deyib.

“Paşinyanın bütün hərəkətləri və bəyanatları tam olaraq emosiyalar üzərində oynamağın ümumi məntiqinə uyğundur”, - deyə o, “168 Jam” qəzetinə müsahibəsində qeyd edib.

“Reallıqda Paşinyanın hərəkətlərini və addımlarını təhlil etsəniz, yalnız bütün bunların Ermənistanın regionda faktor kimi tamamilə məhv edilməsinə gətirib çıxardığını görə bilərsiniz.

Lakin Paşinyanın ən bağışlanmaz hərəkətlərindən biri odur ki, o, insanları heç nəyin Ermənistandan və erməni xalqından asılı olmadığına, hər şeyi geosiyasi prosesləri həll etdiyinə inandıra bilib. “Əgər 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində siyasi liderlər də geosiyasi prosesləri manipulyasiya etsəydilər, nə “müstəqil artsax” (yəni əslində Qarabağın işğalı-red.), nə də müstəqil Ermənistan olardı”, - deyə müxalifətçi bildirib.

İndi hakimiyyətə insanların ümidsizliyə və qorxuya düşməsi lazımdır. Çünki belə olan halda onlar depressiyaya düşəcək və nəyin bahasına olursa olsun sülh istəyəcəklər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR