İnsanlara hürriyət, millətlərə istiqlal!

Aygün Bəylər müğənniləri görmək istəmir

"Qızıma görə hər şeyi fəda edərəm, analıq borcumu yerinə yetirməliyəm. Sənətlə uşağa baxmaq çətindirsə, kənara qoymalıyam". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər "Bağ mövsümü" proqramında deyib. Xanəndə ikinci ali təhsil almağa başladığını söyləyib:

"Simfonik musiqi yazıram, ikinci ali təhsil alıram. Bakı Musiqi Akademiyasında bəstəkarlıq və simfonik dirijorluq təhsili alıram. Simfonik muğam hazırlayıram. Yaxşı ki, qızım da bir az musiqini bilir. Amma onu musiqi məktəbinə qoydum, istəmədi".

Şou-biznesdən gileylənən A.Bəylər bildirib ki, müğənniləri görməmək üçün nə televizora baxır, nə internetə girir:

"Şou-biznesin sifətindən televizoru atmışam kənara, baxmıram. Özümü internetdən də məhrum etmişəm. Onlara görə heç nədən istifadə etmirəm".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR