Onlayn ictimai-siyasi qəzet
"Mən özüm şəxsən meyxananı istəmirdim. Çox bəyənmirdim. Amma qulaq asırdım. Aydın toylara gedəndə axı belə telefonlar yox idi mən onun meyxanalarına quıaq asım... Hərdən qohum-əqrabada olanda maraqlanırdım".
Musavat.com xəbər verir ki, bu sözləri "Maqazin plus"a açıqlamasında mərhum meyxanaçı Aydın Xırdalanlının anası Bikə xanım deyib. Bikə xanım bildirib ki, nə o nə də həyat yoldaşı Aydının meyxanaçı olmağını istəməyiblər:
"Amma istəmirdim meyxanaçı olsun. Atası ümumiyyətlə istəmirdi. Toya gedəndə gedirdi oradan çıxardırdı. Deyirdim ki "ürəyi istəyir qoy desin". Deyirdi ki "Yox mən imkan vermərəm ki, o meyxana desin"".
Qeyd edək ki, meyxanaçı Aydın Xırdalanlı 2019-cu ilin martın 23-də vəfat edib. O uzun sürən xəstəlikdən sonra həyatını itirib.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ