İnsanlara hürriyət, millətlərə istiqlal!

Aybəniz Haşımovanın səhhətində problem yarandı

Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb.

Bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.

A.Haşımova vəziyyəti ilə bağlı müayinə üçün Milli Onkologiya Mərkəzinə getdiyini açıqlayıb:

“Ötən gün səhhətimdə ciddi problem yaranmışdı. Bu, məni çox ciddi narahat etdi. Milli Onkologiya Mərkəzinə üz tutdum. Onlar mənə çox yaxşı xəbər verdilər. Məndə ciddi bir xəstəliyin olmadığını söylədilər. Bu müjdəni verdikləri üçün həkimlərə sonsuz təşəkkürümü bildirirəm”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR