İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayaz Salayevdən Şəfiqə Məmmədova ilə bağlı AÇIQLAMA: "Ona alternativ görmürəm"

"Diqqətəlayiq vəziyyət deyil. Üzvlər qurultay üçün toplaşmamışdılar. Sadə yığıncaq idi".

Bu sözləri əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev Musavat.com-a açıqlamasında deyib.

O qeyd edib ki, Şəfiqə Məmmədovanı Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri kimi dəstəkləyir:

"Seçkilərin keçirilməsi ilə bağlı dəqiq məlumatım yoxdur. Hər bir halda Şəfiqə Məmmədovaya alternativ görmürəm. Mən yığıncaqda iştirak etmişəm. Deyəsən Mədəniyyət Nazirliyindən nümayəndə olmayıb çünki əhəmiyyətli hadisə deyil. Yazıçılar Birliyinin qurultayı ictimaiyyətə açıq keçirildi çünki özünü Anarın yerində görməyi arzulayanlar vardı. Kinematoqrafçılar İttifaqında belə adam yoxdur. Şəfiqə Məmmədovaya alternativ yox idi. Amma rəsmi seçki keçirilməyib. Prinsipial məsələ olsa idi, dərinə gedərdim. Maaş almıram, xeyrim yoxdur. Buna görə obyektiv qərar verdim. Çıxış etdim, Şəfiqə xanımı dəstəklədim. Yüksək səviyyəli şəxsiyyətdir".

Nigar HƏSƏNLİ
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR