Onlayn ictimai-siyasi qəzet
Ayaqlarda meydana gələn bəzi əlamətlər bədənin ümumi vəziyyəti barədə öncədən xəbərdarlıq edə bilər.
Bu səbəbdən onları görməməzlikdən gəlmək olmaz.
Soyuq ayaqlar – Tiroid problemləri, qan dövranı pozğunluğu, diabet və ya hormonal balanssızlıqla əlaqəli ola bilər. Stress də təsir göstərə bilər.
Ayaq şişməsi – Zaman-zaman normal olsa da, davamlı şişkinlik ürək, böyrək və limfa sistemində problemlərə işarədir.
Rəng dəyişməsi – Qan dövranı zəifliyi, işemiya və ya qanqren kimi ciddi vəziyyətlərin xəbərçisi ola bilər.
Uyuşma və iynəbatma hissi – B12 çatışmazlığı, diabet, periferik arterial xəstəlik və nevroloji pozğunluqların əlamətidir.
Çat ayaq və quruluq – Omeqa yağ turşuları və sink çatışmazlığı ilə əlaqəli ola bilər.
Dırnaq rənginin dəyişməsi – Göbələk infeksiyası, anemiya, sədəf və hətta melanoma kimi vəziyyətlərə işarə edə bilər.
Əgər bu simptomlar uzun müddət davam edirsə, mütləq həkimə müraciət edilməlidir.//E-saglam.az
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ