Onlayn ictimai-siyasi qəzet
Müğənni Ayan Babakişiyeva “Necədir sənin üçün” adlı mahnısına çəkilən yeni klipinin anonsunu təqdim edib.
Sənətçi ekran işində fərqli obrazlarla çıxış edib.
O, klipdə rəqqasə obrazına da bürünərək tamaşaçılara fərqli görüntülər təqdim edib. Mahnının musiqisi tanınmış bəstəkar Arif Məlikova məxsusdur.
Qeyd edək ki, Ayan sözügedən mahnını iki il əvvəl səsləndirib. İndi isə ifasını vizual tərzdə təqdim etmək qərarına gəlib.
Müğənni eyni zamanda aprelin 15-də doğum gününü qeyd edəcəyini bildirib. O, klipin təqdimatını da məhz həmin özəl gecədə gerçəkləşdirəcək. (Yenisabah.az)
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ