Onlayn ictimai-siyasi qəzet
Ümumi təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılması imtahanında maraqlı hadisə yaşanıb.
Musavat.com Dağlıq Şirvan Regional Təhsil İdarəsinə istinadən xəbər verir ki, müəllimlərdən biri ayağı zədəli halda imtahana qatılıb.
Bildirilib ki, Şamaxı şəhər 6 nömrəli tam orta məktəbdə keçirilən sertifikasiya prosesində bir gün qabaq ciddi qəza keçirərək ayağını zədələyən İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin rus dili müəllimi Əliyeva Bahar İşıq qızı imtahanda iştirak edib.
O, yüksək nəticə göstərərək 51 bal toplayıb.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ