İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ay bala, hökumət Xalq şairinə suyu pulsuz vermir e” – Vahid Əziz nəvələrindən danışdı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Novruz Bayramı ərəfəsində Su çərşənbəsi, Beynəlxalq Poeziya və Ümumdünya Su Resursları Gününə həsr olunmuş “Su Aydınlıqdır” mövzusunda Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində tədbir keçirib. Tədbirdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Çingiz Abdullayev, yazıçı İlqar Fəhmi, xalq şairi Vahid Əziz, Mətbuat Şurasının idarə heyətinin üzvü, professor Qulu Məhərrəmli, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi İlhamə Qəsəbova və media qurumlarının nümayəndələri iştirak ediblər.

Vahid Əziz çıxışı zamanı maraqlı məqamlara toxunub.

Musavat.com onun çıxışıdan bir hissəni təqdim edir: “İnsanın bədəninin 70 faizi sudan ibarətdir. Mən həmişə suyun qədrini bilmişəm. Evdə nəvələrim işığı yanılı, suyu açıq qoyur. Deyirəm,” ay bala hökumət Xalq şairinə suyu pulsuz vermir e. İşığın da, suyun da pulun alır. Bunun qədrini bilin”.

Bəzən gecə görürəm ki, həyətdəki hovuza dolmaq üçün suyu açıq qoyublar, daşır. Ərinmirəm, ağaşı düşüb bağlayıram.
Uşaqlarım balaca olanda onları televizorun qarşısında oturdub Ərəb və Afrika ölkələrində susuzluqdan əziyyət çəkən insanları göstərirdim. Deyirdim, bu ölkənin qədrini bilin. Su müqəddəsdir, onun qədrini bilmək hər kəsin borcudur”.

Şahanə Rəhimli
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR