İnsanlara hürriyət, millətlərə istiqlal!

“Axsaq atın kor nalbəndi” - Solovyov “nüvə partladan” Simonyanı dəstəklədi

Teleaparıcı Vladimir Solovyov Rusiya informasiya məkanındakı həmkarı, Sibir üzərində termonüvə partlayışı törədilməsini təklif edən və qalmaqala səbəb olan RT-nin baş redaktoru Marqarita Simonyanı dəstəkləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, iki gün öncə Simonyan video yayaraq bildirib ki, “axmaq qadın” kimi termonüvə sintezindən başı çıxmır, ancaq ona deyiblər ki, Sibir üzərində səmada nüvə partlayışı təşkil etsəniz,  Yer üzündə “nüvə qışı” və digər mənfi şeylər olmayacaq, lakin partlayış elektronika və peykləri sıradan çıxaracaq və "Vaşinqtonu vurmağa ehtiyac qalmayacaq".

Simonyanın açıqlamaları Dövlət Dumasının bir sıra deputatlarının tənqidinə səbəb olub, xüsusilə də onlar ondan Semipalatinsk poliqonunda nüvə sınaqlarının nəticələrinin qurbanlarından üzr istəməsini tələb ediblər və bu cür nəzəriyyələri mətbəxdən kənar yerlərdə müzakirə etməməyi məsləhət görüblər.
Simonyanın ifadələrinin yoxlanılması xahişi ilə Daxili İşlər Nazirliyinə və İstintaq Komitəsinə də məlumat verilib. RT-nin baş redaktorunun özü bir gün sonra cavab verib ki, o, “belə bir sapıq təklif etməyib və edə də bilməz”.

Propoqondist Vladimir Solovyov isə deyib ki, o, həmkarının sözləri ilə həmfikirdir: “Simonyan Sibir üzərində nüvə bombası partlatmağı təklif etmir”.

"Yoxsa siz hamınız, ey yazıq ingilis əclafları, rusca danışmırsınız?" – deyə o, bu barədə danışanları təhqir edib.

Solovyov hesab edir ki, hamı “onun sitatını yanlış qəbul edib” və RT-nin baş redaktoru “sadəcə, fizikin ona dediklərini təkrarlayır”.

"Məntiq tamamilə fərqlidir", - Solovyov deyib.

Bir gün əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov da öz Teleqram kanalında Simonyanı dəstəkləyən qeydlər yazıb. Simonyan buna görə ona təşəkkür edib və “uzun ömür” arzulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR