İnsanlara hürriyət, millətlərə istiqlal!

“Axmaq, tərbiyə edə bilmirsənsə, niyə doğursan?” - Ağır sözlər

Tanınmış psixoloq Samirə Bağırova izləyicilərinin suallarına verdiyi qeyri-adi cavablarla gündəmə gəlib.

Sosial şəbəkə hesabında ona ünvanlanan suallara psixoloqun verdiyi cavablar birmənalı qarşılanmayıb:

- Niyə bəzi azərbaycanlı qadınlar ləzgi qadınları sevmir və ya gəlin olaraq qəbul etmir?

- Uşaq vaxtı eşitmişdim ki, ləzgi qadınları daha ehtiraslı və özgüvənli olurlar, bu isə qadınlarda qıcıq yaradır. Qonşuluqda qadınlar ləzgi qızlarına fahişə deyirdilər. Biri bir az seçilsə, gözəl olsa, kütlə ona ad qoyacaq. Mənə də çoxu belə deyir, çünki bəzən açıq geyinirəm və seksual görünürəm.

- Hər şeyə pulumu necə çatdırım? Aydan aya güclə çatır...

- Ya alternativ iş tap, ya yeni bir şey düşün, ya qeyri-leqal işlə səliqəli məşğul ol kimsə duymasın. Ya da köç başqa ölkəyə, saatına görə maaş al.

- Qeyri-leqal işləmək nə deməkdir?

- Narkotik, fahişəlik, dindarlıq. Kazino onlayn ən çox gəlir gətirir. Pul içəridə dövr edir. Əvvəllər kef üçün xaricə axın olurdu, pullar xaricə gedirdi. İndi hər şey buradadır. Ölkədaxili onlayn kazino proqramlarının çoxu azərbaycanlılara aiddir. Dünyada çox faiz insan artıq biliri ki, haram baş aldatmaq üçün olub.

- Heç ana olmaq istəmisiniz?

- Bu axmaq dünyada baş çıxarmaq üçün ancaq milyonçu ərə arxayın olmaq olar dünyaya uşaq gətirmək üçün. Milyonçu da milyonunu qazanana qədər başı gedir. Düşünürəm ki, hələ ki, mənə minnətdardırlar onları dünyaya gətirmədiyim üçün. Cənnət uğrunda mübarizə aparmaqdansa, elə yaşayır da cənnətdə.

- 12 yaşlı oğlum yeməyi özü yeyə bilmir. Ancaq fəst-fudları özü yeyir. Digərlərini mən yedirirəm. Necə öyrədim?

- Axmaq anasan. Yəqin əqli geriliyin də var. Tərbiyə edə bilmirsənsə, niyə doğursan? Cəmiyyəti sizin kimilər korlayır. Doğmaq xətrinə doğursunuz.

Yeməyi ağzına verməkdənsə, adamın ağlına gəlməlidir ki, uşaq 2 yaşından yeməyi özü yeməlidir. Buna görə ağıl lazımdır. Doğmamışdan öncə 9 ay tərbiyə təlimi keçin, sonra doğun./Yenisabah.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR