Onlayn ictimai-siyasi qəzet
“İnsanlar müxtəlifdir. İbnələr var... Onlar deyirlər ki, filankəslə dostluq etmə. Əgər sənə qarşı bu belədirsə bu o demək deyil ki, hamıya qarşı belə olacaq. Sənə qarşı sərtdə ola bilər. Hər şey individual və fərdidir. Hamı hamı üçün yaxşı ola bilməz. Mən “Nikolan onluğu” deyiləm ki, hamı məni göydə atıb, ovucunda tutub, ürəyinin üstünə qoysun”.
Bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu jurnalist Pərviz Hüseynin “Pərvizə görə” verilişində deyib.
Sənətçi cəmiyyətdə səsləndirilən “Mən hamının fikrinə hörmətlə yanaşıram” kəlməsinə etiraz edib:
“İllər əvvəl iştirak etdiyim “Maşın” realiti-şouda izləyib görürdüm ki, Rafael İsgəndərovu hamı sevir. Heç kim ona irad bildirmirdi. Yəni hamı üçün yaxşı olan insanlar var. Həqiqətən var. Amma bu cür insanlar sayladır. Və ya bu insanın öz xasiyyətindən irəli gələn məsələdir. Əgər siyasi gedişdirsə demək bu biclikdir. İnsanın öz təbiəti ola bilər ki, doğurdanda hamı ilə dil tapır. Hamını yola vermək daha əvvəl söylədiyim “siyasətdir”. Mən hər kəsə nifrətlə yanaşmaya bilərəm. Axmağı mən niyə sevim? Bir dəfə aparıcı Mətanət Əliverdiyeva ilə danışanda dedim ki, bu nə prinsipdir ki, bizə son 20 ildir yedizdirirlər ki, mən hamının fikrinə hörmətlə yanaşıram. Mən axmağın fikrinə necə hörmətlə yanaşa bilərəm? Təbii ki, bu baxır dilə gətirilən fikrə... Hə, mən heç kimin xətrinə dəyəcək hərəkət etmərəm çünki cəmiyyətdir, ictimaiyyətdir. İnsanlar nə vaxtsa danışıblar ki, bir-birimizi söymürük, döymürük, heç kimin özgənin cibində, heç kimin özgənin arvadında, ərində gözü yoxdur... Cəmiyyət nə zamansa öz arasında saziş imzalayıb ki, belə şeylər eləmək olmaz. Amma misal üçün insan öz adını yaza bilmirsə və sonra mənə qrammatikadan dərs keçirsə... Deyirəm ki, niyə, nə üçün, haradan... Hamı üçün yaxşı olan insanlar var amma o istisnadır”. (OLAY)
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ