İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtoservisə HÜCUM: "Tesla" avtomobilləri YANDIRILDI - VİDEO

ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində "Tesla" avtomobillərinin olduğu servis mərkəzinə hücum edilib və bir neçə nəqliyyat vasitəsi qəsdən yandırılıb.

Musavat.com xəbər verir ki, hadisə yerli vaxtla gecə saatlarında baş verib və qısa müddət ərzində alov bütün ərazini bürüyüb.

Yanğınsöndürənlər hadisə yerinə cəlb olunsa da, bir neçə avtomobil tamamilə yanaraq yararsız hala düşüb.

Hadisənin kimlər tərəfindən və hansı məqsədlə törədildiyi hələ dəqiqləşdirilməyib. Hüquq-mühafizə orqanları insidentin məqsədyönlü hücum olub-olmadığını araşdırır.

"Tesla" şirkətinin qurucusu və baş direktoru İlon Mask hücuma sərt reaksiya verib. O, baş verənləri "terrorizm" adlandıraraq, bunun "Tesla"nın fəaliyyətini dayandırmağa yönəlmiş bir addım ola biləcəyini vurğulayıb.

Las-Veqas polisi və federal istintaq orqanları məsələ ilə bağlı araşdırmalara başlayıb. Hadisənin səbəbləri və günahkarların kimliyi ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib. 

@@TVmusavat/110939@@

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR