Onlayn ictimai-siyasi qəzet
Bu gün bir neçə gün öncə İmişli rayonunda baş vermiş avtoqəza nəticəsində ağır yaralanmış məktəbli Məhbubə Əlizadənin vəziyyəti açıqlanıb.
TƏBİB-dən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, 18.01.2025-ci il tarixində İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə xəsarət alaraq Yeni Klinikaya yerləşdirliən 1 nəfərin ( qadın cinsli) vəziyyəti kritik ağır olaraq qiymətləndirlir.
Xəstənin müalicəsi travmatoloq və neyrocərrah konsultasiyaları ilə davam etdirilir. Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs və yüksək inotrop dəstəyi alır.
Qeyd edək ki, Yanvarın 18-də İmişlidə xidmətə gedən DYP əməkdaşının idarə etdiyi avtomobilin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan iki nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıblar.
Şahanə Rəhimli
Musavat.com
22 Yanvar 2025
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ