İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomobil satışı fırıldağı – maşınları ələ keçirib satıblar, sahiblərinə pul verməyiblər

Özbəkistanda dələduzluq yolu ilə 278 avtomobil oğurlayan cinayətkar qrupun 10 üzvü mühakimə olunub. Musavat.com Kun.uz saytına istinadla xəbər verir ki, sxemin lideri Akmalxon Hoşimov 9,5 il həbs cəzası alıb.

Bildirilir ki, Özbəkistanda məhkəmə “Specialized Auction Auto Center” avtosalonu adı altında bir il ərzində 278 avtomobil oğurlayan cinayətkar qrupun üzvlərinə hökm oxuyub. Akmalxon Hoşimovla yanaşı doqquz müttəhimə 3 ildən 9 ilədək həbs cəzası kəsilib.

Fırıldaqçılar avtomobillərin sahiblərini etibarnamə ilə təhvil verməyə razı salıblar. Onlar hissə-hissə və ya kreditin alınmasında köməklik vəd ediblər. Daha doğrusu, avtomobillərini satlığa qoyanlara pul ödənilməyib, maşınlar isə saxta sənədlərlə xaric ölkələrdə satılıb.

İstintaqın məlumatına görə, cəmi 25 avtomobil geri qaytarılıb. Qalanları yoxa çıxıb. 49 avtomobil Qazaxıstana aparılıb, daha 158 avtomobiln yeri bilinmir. Cinayətkarlar saxta qeydiyyat sənədlərindən istifadə edib, kuzov və mühərrik nömrələrini dəyişib, saxta QR kodlar yapışdırıb və saxta imzalar hazırlayıblar. Cinayətkarlar daha çox “Nexia”, “Malibu”, “Cobalt”, “Spark”, “Labo” və “Tracker” markalı avtomobilləri oğurlayıblar.

Ümumilikdə 200-ə yaxın insan zərər çəkib. Onlardan birinə “Lasetti” üçün 11 min dollar vəd edilib, ancaq cəmi 2 min dollar verilib və maşın it-bata düşüb.

Hoşimov ittihamların yalnız bir hissəsini etiraf edib. O, sxemi idarə etmədiyini, sadəcə olaraq avtomobil satdığını iddia edib. Lakin araşdırma zamanı onun azyaşlı ögey qızını da zorladığı məlum olub. Qız məhkəmədə mütəmadi zorlandığını və ögey atasının ona psixotrop maddələr verdiyini deyib.

Məhkəmə təqsirləndirilən şəxsləri zərərçəkmişlərin xeyrinə 2,8 milyon dollar ödəməyə məcbur edib. 17 avtomobil sahiblərinə qaytarılıb, daha 4 avtomobil isə dəymiş ziyanın ödənilməsi üçün satılıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR