İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstriyada rus diplomatının oğlu həbs edildi- SƏBƏB  

 

Rusiya diplomatının Yunanıstan vətəndaşlığı olan oğlu Avstriya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları tərəfindən Vyananın şərqində saxlanılıb. 

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Təhlükəsizlik departamenti onu Rusiya hərbi kəşfiyyatına casusluq etməkdə şübhəli bilir. Həmin şəxsi 5 ilə qədər həbs cəzası gözləyir.

Rus əsilli 39 yaşlı “yunan vətəndaş” bu il martın 24-də Vyananın ucqar bölgələrindən birində mənzildə saxlanılıbmış. Onun yaxalanmasında iki xüsusi təyinatlı qrup iştirak edib.

Yerli “Kurier” qəzetinin yazdığına görə, axtarış zamanı gizli kamera detektorları, istehkamçı kostyum, hətta minalardan təmizləmə vasitələri aşkar edilib.

Vyana polisi şübhəlinin məlumatların ötürülməsi üçün istifadə etdiyi gizlənmə yerlərini də tapa bilib. “Təsadüfən” həmin yerlərin yanında rus diplomatlar da görünüb. Qeyd edək ki, bu ilin aprel ayında Avstriya Rusiyanın Vyanadakı səfirliyinin üç əməkdaşını və Zalsburqdakı konsulluğun bir əməkdaşını ölkədən çıxarıb. Daha sonra onları diplomat statusu ilə bir araya sığmayan işdə ittiham ediblər. Qovulmanın martın sonundakı həbslə bağlı olub-olmadığı hələ bəlli deyil.

Prokurorluğun məlumatına görə, şübhəli şəxsə Rusiyanın Ukraynaya müdaxiləsinə Avstriyanın necə reaksiya verəcəyini anlamaq tapşırığı verilib. Onun Rusiyanın fevral hücumundan əvvəl Moskvaya getdiyi bildirilir. Son 4 ildə casus şəxs Moskva, Minsk və Tiflisə ən azı 65 səfər edib.

Həbs edilən şəxs müxtəlif ölkələrin diplomatları və kəşfiyyatçıları ilə əlaqə saxlayıb. Onun atasının Rusiya hərbi kəşfiyyatı ilə əlaqələri araşdırılır.

Ümumiyyətlə, Avstriya dünyada “casus turizmi”nin ən “populyar” məkanlarından  biri sayılır. “Kronen Zeitung” qəzeti Vyananın beynəlxalq casusluq mərkəzi kimi belə tanındığını qeyd edir. Dövlət Təhlükəsizlik Departamentinin hesablamalarına görə, şəhərdə 7000-ə qədər xarici kəşfiyyatçı çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR