İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstriya Rusiyanın kəşfiyyatı ilə gizli əməkdaşlıq edir? - ŞOK İDDİA

“Avstriyanın Müdafiə Nazirliyi Rusiya Baş Kəşfiyyat İdarəsinin şöbəsinə çevrilib. Bir sıra Avropa ölkələri hələ də daxili müşahidədəki məhdudiyyətlər və resursların çatışmazlığı səbəbindən öz hərəkətləri üçün ABŞ və Britaniyanın kəşfiyyat məlumatlarına arxalanır”.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Avropa kəşfiyyatının nümayəndəsi və avropalı diplomatın sözlərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Avstriya Rusiyanın gizli tədbirləri üçün mərkəzə çevrilib.

Nəşr qeyd edib ki, Avstriyanın kəşfiyyat idarəsi, konstitusiyanın müdafiəsi və terrorizmlə mübarizə qurumu o qədər “etibarsız” hesab olunur ki, bir müddət Avropa səviyyəsində əksər kəşfiyyat məlumatlarının mübadiləsi fəaliyyətindən kənarlaşdırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR