İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstriya dörd rus diplomatını ölkədən qovdu-casusluq ittihamı

Avstriya dörd rus diplomatını “persona non qrata” elan edib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində məlumat yayılıb.

Onlardan ikisi BMT-nin Vyanadakı daimi nümayəndəliyinin üzvü, digərləri isə Rusiya səfirliyinin əməkdaşlarıdır.

Avstriya Xarici İşlər Nazirliyinin açıqlamasında qovulmuş diplomatların “diplomatik statusları ilə bir araya sığmayan fəaliyyət göstərdikləri” qeyd olunub. Onlar fevralın 8-dən gec olmayaraq ölkəni tərk etməlidirlər.

“Kurier” qəzetinin məlumatına görə, rusiyalı diplomatlar casusluqda şübhəli bilinir. Qəzetin informasiyasına əsasən, Avstriya XİN bu qərarı ölkə prezidenti Aleksandr Van der Bellenin Kiyevə səfərinin ertəsi günü elan etməsi diqqət çəkib.

Sonuncu dəfə Avstriya ötən ilin aprelində Rusiya nümayəndəliklərinin əməkdaşlarını ölkədən çıxarmışdı. Həmin vaxt Rusiyanın Vyanadakı səfirliyinin üç əməkdaşı və Zalsburqdakı baş konsulluğun bir diplomatı ölkəsinə geri göndərilmişdi.

Ukraynada savaş başlayandan bəri Rusiyanın 200-dən çox rusiyalı diplomat ABŞ və Avropa ölkələrindən qovulub. Moskva buna eyni addımlarla cavab verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR