İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstraliya Rusiya banklarına qarşı yeni sanksiyalar tətbiq edib

Avstraliya Rusiyanın 11 bankına və ölkənin suveren borcunu idarə edən dövlət strukturlarına, həmçinin iki oliqarxa qarşı sanksiyalar tətbiq edib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Yenilənmiş sanksiya siyahısına Milli Rifah Fondu və Rusiyanın Maliyyə Nazirliyi də daxil edilib. Eyni zamanda, “Sberbank”, “Qazprombank”, VEB, VTB, “Alfa-Bank” və başqa qurumlar sanksiyalara məruz qalıb. Beləliklə Rusiyanın bütün bank aktivlərinin 80 faizi Avstraliyanın sanksiyaları ilə üzləşib.

Avstraliya XİN-in məlumatına görə, Prezident Vladimir Putinə yaxın olan oliqarxlara qarşı sanksiya təzyiqləri də artmaqda davam edir. Artıq maliyyə sanksiyaları və səyahət qadağası tətbiq edilən 41 oliqarxın və onların yaxın qohumlarının siyahısına Avstraliyada biznes maraqları olan iki milyarder - Oleq Deripaska və Viktor Vekselberq də əlavə edilib.

Xatırladaq ki, Avropa İttifaqı, Kanada, ABŞ, Britaniya və dünyanın bir çox digər ölkələri Moskvanın Ukraynaya qarşı apardığı müharibə səbəbindən Rusiyaya qarşı geniş sanksiyalar tətbiq edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR