İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın maye qaz idxalı 3 ilin minimumuna düşdü

Avqustda Avropa İttifaqı gündə 230,9 milyon kubmetr həcmində mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib.

Musavat.com "Gas Infrastructure Europe"nin (GIE) statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz azdır.

Üstəlik, bu, 2021-ci ilin payızından bəri minimum rəqəmdir.

Ümumilikdə, avqustda Aİ-yə 7,15 milyard kubmetr maye qaz idxal olunub ki, bu da iyul ayı ilə müqayisədə 12 faiz azdır.

İlk səkkiz ayın nəticələrinə görə, Avropa İttifaqı ölkələrinə LNG idxalı illik ifadədə 17 faiz azalaraq 73,8 milyard kubmetr təşkil edib. Analitiklər bu cür dinamikanı digər amillərlə yanaşı, qazın qiymətinin artması ilə də əlaqələndirirlər.

Avropada LNG qiymətləri yayda 16 faiz bahalaşıb. Yanacağın bahalaşmasının əsas səbəbləri arasında regionda isti hava şəraiti, tədarükün Asiyaya yönləndirilməsi və Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu göstərilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR