İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropalı deputatlar çağırış etdilər: “Vaqner” terror təşkilatı kimi tanınsın”

Avropa Parlamenti “Vaqner” özəl hərbi şirkətinin terror təşkilatı kimi tanınması ideyasını müzakirə edir.

Musavat.com xəbər verir ki, “Vaqner”in döyüşçüləri Ukrayna müharibəsində iştirak edir.

Avropa Parlamentinin deputatları “Vaqner”in terror təşkilatı kimi tanınmasına çağırıblar. Həmçinin “Vaqner” döyüşçülərinin Ukraynadan başqa, Suriya və Mərkəzi Afrika Respublikasındakı döyüşlərdə də iştirak etdikləri qeyd edilib.

Eyni zamanda, noyabr ayında Britaniyanın “McCue Jury & Partners” hüquq şirkətinin “Vaqner”i məsuliyyətə cəlb etməyi planlaşdırdığı barədə məlumatlar ortaya çıxıb. Bildirilib ki, şirkət həmçinin Ukraynanın məhv edilməsində iştirakına görə dəymiş ziyanı “Vaqner”ə ödətmək niyyətindədir.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR