İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa və ABŞ-dan İrana qarşı SANKSİYALAR  

 

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan mətbuat konfransında ABŞ-ın “iranlı etirazçılara dəstək” üçün nə edə biləcəyi sualına cavab olaraq bildirib ki, biz insan haqlarının kobud şəkildə pozulmasında iştirak etdiklərini elan etdiyimiz şəxslərə qarşı bir sıra sanksiyalar tətbiq etmişik.

Musavat.com xəbər verir ki, Ceyk bu işə dünyanı da qoşduqlarını bildirib:

“Biz təkcə özümüz tədbir görməmişik, dünyanın digər ölkələri ilə razılaşmalar aparmışıq və qlobal səslə baş verənləri pisləmişik”.

Avropa İttifaqının isə İrana qarşı yeni sanksiyalar paketinin təfərrüatları açıqlanıb. Belə ki, İİR radioteleviziya kanallarına və onlara bağlı qurumlara sanksiyalar qoyulub. “Seda və Sima”nın Avropa Birliyindəki bütün media ofisləri və şəbəkələri bağlanacaq.

Bundan əlavə Avropa Birliyi İranın 14 yüksək rütbəli zabitinə sanksiya tətbiq edib. 27 Avropa ölkəsi SEPAH zabitləri: general-mayor Seyid Əbdürrəhim Musəvi, general Məhəmməd Tağı Usanlu, general Məhəmməd Abdullahpur, general Mohsen Kərimi, general Amanullah Qərşasbi, general Əlirza Heydərnia, general Bəhmən Rihani, general Səyavəş Müslümi, general Əhməd Zülqədər, general Murtəza Kəşkuli, general Şahsavirib, polkovnik Məcid Suri, polkovnik Murtaza Cokar və polkovnik İsa Bayatı sanksiya siyahısına əlavə edib.

“Reuters” xəbər verir ki, Britaniya çərşənbə axşamı Ukrayna şəhərlərinə raket zərbələri endirməkdə əli olan 12 rus hərbi komandirinə, habelə hücumlarda istifadə edilən hərbi pilotsuz təyyarələrin istehsalı və təchizatı ilə məşğul olan iranlı iş adamlarına sanksiya tətbiq etdiyini bildirib.

“The New Arab”də gedən məlumatda isə qeyd olunub ki,  Suriyanın mobil operatoru “Wafa Telecom” İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələri bölüşür. Yeni araşdırma Suriya rejiminin şirkətin Tehranla əlaqələrini ört-basdır etmək cəhdlərinə baxmayaraq bunu müəyyən edib. Suriya prezidenti Bəşər Əsədin maliyyə nümayəndəsi Yaşar İbrahim, 2011-ci ildə başlayan vətəndaş müharibəsi illərində ölkənin infrastrukturunun dağıdılmasını nəzərə alaraq, Suriyada mobil şəbəkələri təkmilləşdirmək məqsədi ilə “Wafa Telecom”-un həmtəsisçisi olub. İnsayderlərdən biri istintaqa bildirib ki, İranın Wafa-da iştirakı o qədər geniş olub ki, şirkət faktiki olaraq "Suriya hökuməti ilə İnqilab Keşikçiləri arasında tərəfdaşlıq olub" və İran şirkət yarandığı gündən şirkətə cəlb olunub. İran Əsədin və onun rejiminin əsas müttəfiqidir, daşınmaz əmlak və fosfat mədənləri daxil olmaqla sektorlara investisiyalar vasitəsilə onun qəddar hakimiyyətinin möhkəmlənməsinə kömək edir.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR