İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Trampa qarşı HƏRƏKƏTƏ KEÇDİ - Gizli görüşün DETALLARI

Avropa İttifaqı liderləri ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya mümkün müdaxiləsinin qarşısını almaq yollarını axtarır.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

İddialara görə, bu məsələ fevralın 3-də Brüsseldə keçirilən qeyri-rəsmi Aİ sammitinin əsas mövzularından biri olub.

"Onlar Trampı Danimarka ərazisinə müdaxilədən çəkindirməyin yollarını müzakirə ediblər", – nəşr yazıb.

Sammitdə həmçinin ABŞ-ın Avropa mallarına idxal rüsumlarını artırmasının qarşısını almaq yolları da müzakirə olunub. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, Aİ ədalətsiz və əsassız addımlara qarşı sərt reaksiya verəcək.

Bundan əvvəl Avropa Şurasının rəhbəri Antonio Kosta bildirib ki, Brüsseldə keçirilən qeyri-rəsmi sammitdə Aİ-nin bütün ölkələri Danimarkanın ərazi bütövlüyünün qorunmasının vacibliyini qeyd ediblər.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Donald Tramp ABŞ-ın Qrenlandiyanı nəzarətə götürməli olduğunu bildirib. Qrenlandiyanın baş naziri Mute Egede bu açıqlamaya cavab olaraq ərazinin satılmadığını və heç vaxt satılmayacağına diqqət çəkib. Daha sonra Danimarka adanın müdafiəsini gücləndirmək üçün əlavə vəsait ayırıb.

Yanvarın 26-da isə Tramp bir daha Qrenlandiyanın ABŞ-ın bir hissəsinə çevriləcəyini iddia edib. Lakin son sorğulara görə, Qrenlandiya əhalisinin təxminən 85%-i adanın ABŞ-a birləşdirilməsinə qarşıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR