İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Şurasının rəhbəri Mişel: “Dünya birliyinin yeni arxitekturasını qurmağın vaxtı gəlib çatıb”

“Dünya birliyi beynəlxalq münasibətlər sisteminin yeni forması barədə qərar verməlidir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikir Avropa Şurasının rəhbəri Şarl Mişel tərəfindən Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“Düşünürəm ki, beynəlxalq ictimaiyyət üçün uyğun, yeni təsis müqaviləsi üzərində düşünmək və işləməyin vaxtı çatıb",-deyə Şarl Mişel qeyd edib.

Avropa Şurasının rəhbəri beynəlxalq birliyin hazırkı arxitekturasının ötən əsrdə əsası qoyulduğunu, müasir dövrdə isə vəziyyətin ciddi şəkildə dəyişdiyini vurğulayıb.

Mişel həmçinin “gec-tez yeni siyasi məkanın qurulacağına” ümid etdiyini bildirib. Bundan əlavə, bu təşkilatın formatı ilə bağlı müzakirələr üçün o, BMT-dən platforma kimi yararlanmağı təklif edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR