İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa qaz təchizatını uğurla diversifikasiya edib - Komissar

Avropa Komissiyası Rusiyadan enerji asılılığını minimuma endirmək, qaz təchizatını diversifikasiya etmək sahəsində mühüm nailiyyət əldə edib.

Musavat.com xəbər verir ki, bu fikri səlahiyyət müddəti başa çatan Avropa Komissiyasının sədr müavini Maros Şefçoviç səsləndirib. O, Avropa Parlamentində Fon der Lyayenin rəhbərliyi ilə yenidən formalaşdırılan Komissiyada ticarət və iqtisadi təhlükəsizlik üzrə komissar vəzifəsinə təyinatına dair müzakirələr zamanı bildirib ki, gələcəkdə bu resursların Aİ ölkələri tərəfindən satın alınmasına nəzarət etmək niyyətindədir.

Brüsseldə “ümumiləşdirmə” - xarici bazarda resursların alınması üçün bütün funksiyaların Avropa Komissiyasına ötürülməsi deməkdir. Bu prosedur artıq kiçik həcmli mayeləşdirilmiş təbii qaz (LNG) üçün eksperimental rejimdə qismən həyata keçirilib. Keçmiş Avropa Komissiyasında bu işə Şefçoviç rəhbərlik edirdi.

O, Aİ-nin Rusiyaya qarşı sanksiyalarını müdafiə edərək bildirib ki, bu sanksiyalar Moskvanın “hər şeyin əvəzini ödəməsini təmin edir” və Rusiyaya “maksimum iqtisadi zərər” vurur, eyni zamanda “Ukraynaya dəstək siqnalı” göndərir.

Avropa Parlamenti noyabrın sonunda Strasburqda keçiriləcək sessiyada fon der Lyayenin ikinci Avropa Komissiyasının tam tərkibini Avropa Parlamentinin komitələrində 26 komissarlığa namizədin hamısının dinləmələri başa çatdıqdan sonra təsdiqləməlidir. Bundan sonra Avropa Komissiyası yeni tərkibdə dekabrın 1-də işə başlamalıdır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR