İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamentinin sədr müavini Belçikada həbs edilib

Avropa Parlamentinin sədr müavini və yunan sosialistlərinin nümayəndəsi Eva Kaili həbs edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Belçikanın “Le Soir” qəzeti məlumat yayıb. Qəzet E.Kaylinin korrupsiya əməlinə görə həbs olunduğunu iddia edir. Cinayət işi Qətərdə keçirilən dünya çempionatı ilə bağlı ola bilər.

Belçika federal prokurorluğunun məlumatına görə, Federal Məhkəmə Polisi "paytaxt Brüsselin bir neçə bələdiyyəsində 14 müxtəlif ünvanda 16 axtarış həyata keçirib. Həmin mənzillərdən 600 min avro nağd pul, həmçinin kompüter və mobil telefonlar ələ keçirilib.

Axtarışlar zamanı daha dörd nəfər, o cümlədən Sosialist və Demokratlar (S&D) qrupundan keçmiş italiyalı deputat da saxlanılıb. Onun adı açıqlanmır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR