İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamentində ŞOK OLAY - Mikrofonu açıq unudub, hər kəsi təhqir etdi

Avropa İttifaqı (Aİ) Komissiyasının genişlənməyə məsul üzvü Oliver Varheli Avropa Parlamentinin (AP) Baş Assambleyasında "Qərbi Balkanlara qarşı genişlənmə siyasəti" mövzusunda keçirilən sessiyaya qatılıb və deputatların suallarını cavablandırıb. Onun qatıldığı iclasda mikrofonunu söndürməyi unudaraq deputatları təhqir etməsi qalmaqala səbəb olub.

Musavat.com xəbər verir ki, deputatlar çox sual verdiyinə görə sessiya uzun çəkib. Bu zaman Varheli ana dili olan macar dilində "Daha neçə axmaq var (danışanlar siyahısında)?" deyib və mikrofon açıq olduğu üçün bu təhqir hər kəs tərəfindən eşidilib.

Bundan sonra Macarıstanın müxalifət partiyası olan Demokratik Koalisiya Varhelinin istefasını tələb edən bəyanatla çıxış edib. Partiyanın sosial-demokrat deputatı Şandor Ronai açıqlamasında: "AP-da razılaşmadığımız insanları axmaq adlandırmaq adi hal deyil" - deyib. Partiya, həmçinin hadisə ilə bağlı AP-yə və Avropa Komissiyasının sədrliyinə məlumat verəcəyini açıqlayıb.

WhatsApp Image 2023-02-15 at 19.55.36.jpeg (23 KB)

Varheli isə dediyi sözlərin təhqiramiz olmadığını, əksinə, yanlış anlaşıldığını bildirib. O, yazılı açıqlamasında qeyd edib:

"AP-nin 14 fevral 2023-cü il tarixli Plenar İclasında sözlərimin səhv başa düşülməsinə görə səmimi olaraq üzr istəyirəm. Bu mənim və kabinet sədrim arasında tamamilə fərqli bir mövzuda şəxsi və kontekstdən kənar davam edən bir söhbətlə bağlı idi. Mümkün anlaşılmazlığa görə üzr istəyirəm”.

AP də daxil olmaqla, bütün Avropa İttifaqı qurumlarına hörmət etdiyini bildirən Varheli belə davam edib:

"Qərbi Balkanlarda son dərəcə mühüm geosiyasi məsələlərin müzakirəsi üçün əla fürsət olan görüşdə fikir mübadiləsi aparan AP-nin hörmətli üzvlərinə təşəkkür etmək istərdim. Öhdəliklərimə tam əməl etmək və səmimi əməkdaşlıq çərçivəsində gələcəkdə vəzifə sahəmdə baş verən hadisələrlə bağlı AP ilə fikir mübadiləsi aparmağa hazıram”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR