İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamenti Herhard Şröderə qarşı sanksiyalar tətbiq edə bilər

Avropa Parlamentinin bəzi deputatları Almaniya Federativ Respublikasının sabiq kansleri Herhard Şröderin adının Avropa İttifaqının aksiyalar siyahısına daxil olunması təklifi ilə çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, bu təşəbbüsü Avropa Parlamentinin “Liberal qrup – Yenilənmiş Avropa” fraksiyası irəli sürüb. Təklif olunan qətnamədə Avropa Parlamentinin sanksiyalar siyahısına avropalı siyasətçilərin, o cümlədən Rusiyanın iri şirkətlərinin direktorlar şuraları üzvlərinin də əlavə edilməsi nəzərdə tutulur.

Belə siyasətçilərdın biri də Almaniyanın sabiq kansleri Herhard Şröderdir. Avropa Parlamentinin iki ən iri fraksiyası – “Avropa Xalq Partiyası” və “Sosialistlər və demokratlar” təklif olunan qətnamə layihəsini dəstəkləyib-dəstəkləməmək barədə qərara gəlmək üçün danışıqlar aparırlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR