İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Məhkəməsi rusiyalı iş adamına qarşı sanksiyaları ləğv etdi

Avropa İttifaqı Məhkəməsi ilk dəfə olaraq rusiyalı iş adamı, “Ozon Group”un sabiq baş direktoru Aleksandr Şulginin adının Aİ-nin yenilənmiş sanksiyalar siyahısından çıxarılması və bununla da onun üzərindən sanksiyaların faktiki olaraq götürülməsi tələbini təmin edib.

Məhkəmənin qərarında qeyd edilib ki, qərar qəbul edilərkən Şulqinin Avropa İttifaqının sanksiyalarının tətbiqindən sonra 11 aprel 2022-ci ildə “Ozon Group”un baş direktoru vəzifəsini və direktorlar şurasını tərk etdiyi nəzərə alınıb. Söhbət sentyabrda ictimaiyyətə açıqlanacaq sanksiya siyahılarından gedir.

Aİ Şurası keçmiş iş adamına qarşı arqumentlərin zəifliyini nəzərə alaraq, Şulqinin adının sentyabrda dərc olunacaq yenilənmiş siyahılara daxil edilməyəcəyinə razılaşıb.

Aleksandr Şulqin sanksiya siyahısına “Ozon” rəhbəri kimi daxil edilib. Qrup Rusiya büdcəsinə əhəmiyyətli gəlirlər gətirən aparıcı e-ticarət platformasıdır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR