İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa maye qaz idxalını görünməmiş həddə çatdırıb

Avropa may ayında maye qaz (LNG) idxalını indiyədək görünməmiş həddə çatdırıb.

Musavat.com Gas Infrastructure Europe-nin (GIE) məlumatlarına istinadən xəbər verir ki, ötən ay Avropa terminallarından Aİ-nin qaz ötürmə sisteminə 12,8 milyard kubmetr qaz ötürülüb.

Bu, aprel ayı ilə müqayisədə 0,7 faiz, 2024-cü ilin may ayı ilə müqayisədə isə 38 faiz çoxdur. Bu rəqəm cari ilin aprel ayının maksimumunu (12,7 milyard kubmetr) yeniləyərək bütün tarix üçün rekorda çevrilib.

Ümumilikdə, yanvar-may aylarının yekunlarına görə, terminallardan Avropa qaz ötürmə sisteminə LNG axını təqribən 59,5 milyard kubmetr təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17 faiz çoxdur.

Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) mayın 30-na olan məlumatlarına görə 2025-ci ildə LNG tədarükü Avropanın qaz təminatında birinci yeri tutur – 38 faiz. İkinci yerdə 24,7 faiz payla Şimal dənizindən gələn boru qazı (əsasən Norveç qazı), üçüncü yerdə isə 17 faizlə qaz anbarları gəlir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR