İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Kubokunda cüdoçumuz qızıl medal qazandı - FOTO

Azərbaycan cüdoçuları Portuqaliyanın Koimbra şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində 3 medal qazanıblar.

Bu barədə  Azərbaycan Cüdo Federasiyası məlumat verib.

Yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günü oğlanların yarışında -50 kq., -55 kq. və -60 kq. çəki dərəcələrində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

-50 kq. çəkidə final görüşündə iki cüdoçumuz Bahadır Feyzullayev və Nihad Məmişov qarşılaşıb. Nəticədə Bahadır Feyzullayev qızıl medal əldə edib.

-55 kq. çəkidə Həsən Həsənli bürünc medal qazanıb. Eyni çəkidə digər cüdoçumuz Murad Fətullayev yarışı 5-ci yerdə tamamlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR