İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası Ukraynaya 5 milyard avroluq yardımı təsdiqləyib

Avropa Komissiyası Ukraynaya 5 milyard avroluq makromaliyyə yardımının ayrılmasını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tviter səhifəsində yazıb.

“Ukraynadakı vəziyyət bizim ciddi dəstəyimizi tələb edir. Bu gün Avropa Komissiyası Ukraynaya əlavə 5 milyard avro makromaliyyə yardımı təklif edir. Bu, Avropa İttifaqının maliyyə və humanitar yardım şəklində ayırdığı 10 milyard avronu tamamlayır”, - deyə Ursula Fon der Lyayen əlavə edib.

Bundan əvvəl Ukraynanın Baş naziri Denis Şmıxal bildirmişdi ki, ölkəsi Avropa İttifaqından uzunmüddətli kreditlər şəklində 5 milyard avro makromaliyyə yardımı alacağını gözləyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR