İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqının vitse-prezidenti Ermənistana gedəcək

Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanğıcında iştirak etmək üçün sentyabrın 9-da Ermənistana səfər edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Bildirilib ki, bunun üçün Ermənistan sərhəd təhlükəsizliyi, miqrasiya, fundamental hüquq və azadlıqlara hörmət kimi əsas sahələrdə islahatlar həyata keçirməlidir.

Xatırladaq ki, iyulda Aİ ölkələrinin xarici işlər nazirləri Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamaq barədə razılığa gəliblər.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR