İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqının qaz idxalı 31,4 faiz azalıb

2024-cü ilin ikinci rübündə Avropa İttifaqı 94,9 milyard avro dəyərində 177,9 milyon ton enerjidaşıyıcısı idxal edib.

Musavat.com “Eurostat”ın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə birinci göstərici 9,7 faiz, ikinci göstərici 10,7 faiz azalıb.

Təbii qazın idxalı dəyər ifadəsində 31,4 faiz, tədarük həcmi isə 9,5 faiz azalıb. LNG məsələsində bu rəqəmlər müvafiq olaraq 41,2 faiz və 20,2 faiz azalıb.

İkinci rübdə Aİ-nin təbii qazının demək olar ki, yarısı Norveçdən (43,5 faiz) alınıb. Əlcəzair ümumi həcmin 21,6 faizini, Rusiya isə 15,5 faizini təmin edib. LNG-nin əsas hissəsi ABŞ-dan (46 faiz), o cümlədən Rusiyadan (16,8 faiz) və Qətərdən (11,9 faiz) idxal edilib.

Aprel-iyun aylarında Avropa İttifaqının idxal etdiyi neft məhsullarının dəyəri 5,6 faiz artıb, həcmi isə 2,2 faiz azalıb. Əsas tədarükçülər ABŞ (ümumi həcmin 15,1 faizi), Norveç (14,1 faiz) və Qazaxıstan (11,7 faiz) olub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR