Onlayn ictimai-siyasi qəzet
“Qarabağ” komandası UEFA Çempionlar Liqasının liqa mərhələsində iştirak edən 36 komanda arasında heyətinin dəyərinə görə 35-ci yerdə qərarlaşıb.
Musavat.com xəbər verir ki, Azərbaycan təmsilçisi yalnız Qazaxıstanın “Kairat” klubunu geridə qoya bilir. “Qarabağ”ın mövcud heyətinin dəyəri 24 milyon avrodur.
Dünən məğlub etdiyi “Benfika”nın heyətinin dəyəri isə 335 milyon avroya çatır.
Komandanın qrupdakı digər rəqiblərinin heyət dəyərləri belədir:
“Kopenhagen” – 75 milyon avro
“Atletik Bilbao” – 380 milyon avro
“Çelsi” – 1,08 milyard avro
“Napoli” – 496,10 milyon avro
“Ayaks” – 187,93 milyon avro
“Ayntraxt Frankfurt” – 324,90 milyon avro
“Liverpul” – 1,12 milyard avro
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ