İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: Türkiyə Qüdsün təhqirinə yol verməyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Qəzzanın zülm altındakı xalqını dəstəkləyəcək, Şərqi Qüdsdəki hüquqları müdafiə edəcək və ədalətli dünya uğrunda mübarizəni davam etdirəcək.

Musavat.com xəbər verir ki, O, Türkiyənin xarici siyasətdə müstəqilliyini vurğulayaraq aqressiya və zorakılığa qarşı qətiyyətlə çıxış etməyə hazır olduğunu qeyd edib.

Ərdoğan İsrailin hərəkətlərini pisləyərək “Mən bilirəm ki, Hitlerə bənzəyənlərin yaşadığı gizli ağrı heç vaxt keçməyəcək” — deyə bildirib və əlavə edib ki, Türkiyə Suriyadan Qətərə qədər bütün müsəlmanlarla həmrəy olaraq, zülm və günahsızların qətli hesabına “təhlükəsiz gələcək” qurulmasına yol verməyəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR