Onlayn ictimai-siyasi qəzet
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 17-də Avropa İttifaqının texniki qiymətləndirmə missiyasının üzvlərini qəbul edib.
Musavat.com-un xəbərinə görə, bu haqda Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Missiya üzvləri artıq Ermənistanda keçirilmiş görüşlərin və səfərlərin nəticələrini təqdim ediblər.
Tərəflər hakimiyyət orqanları ilə oktyabrın 6-da Praqa bəyanatına uyğun olaraq Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdiriləcək Aİ monitorinq missiyasının yerini və digər detalları müzakirə ediblər.
Bildirilir ki, Aİ-nin müşahidəçi missiyasının məqsədi regionda təhlükəsizliyin və sabitliyin bərpasına, etimadın formalaşmasına və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların işinə töhfə verməkdir.
Avropa İttifaqının müşahidəçi missiyasının yerləşdirilməsinin vacibliyini vurğulayan Mirzoyan monitorinq və təhlilin Aİ-yə üzv dövlətlərə vəziyyətlə bağlı obyektiv məlumatların çatdırılmasında mühüm rol oynayacağını bildirib.
Necə deyərlər: yaşayarıq, görərik…
Musavat.com
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ