Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Suriyaya qarşı bütün iqtisadi sanksiyaların götürüldüyünü elan edib.
Musavat.com xəbər verir ki, məlumatı Avropa İttifaqı Şurası yayıb.
Bildirilir ki, sanksiyaların ləğvi ilə yanaşı, Suriyanın 24 strukturu, o cümlədən Mərkəzi Bankı qara siyahıdan çıxarılıb.
Aİ Şurasının bəyanatında qeyd olunur ki, təhlükəsizlik mülahizələrinə əsaslananlar (antiterror tədbirləri nəzərdə tutulur – red.) istisna olmaqla, Suriyaya qarşı bütün iqtisadi məhdudlaşdırıcı tədbirlərin ləğvinə dair hüquqi sənədlər qəbul edib.
Suriya Mərkəzi Bankı ilə yanaşı, neft hasilatı və pambıq emalı sektorunda çalışan şirkətlər də daxil olmaqla 24 şirkət qara siyahıdan çıxarılıb.
Sənəddə qeyd olunur ki, bu addım Aİ xarici işlər nazirlərinin 20 may tarixli Avropa İttifaqının Suriyaya qarşı sanksiyalarının ləğvinin məqsədəuyğunluğu ilə bağlı siyasi qərarının icrası olub.
Musavat.com
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ