Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı oktyabr ayında Brüsseldə keçiriləcək sammitində Rusiyaya ballistik raketlərin tədarükünə görə İranın özəl və dövlət qurumlarına qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ilk sanksiyalar paketi 10-a yaxın fiziki və hüquqi şəxsə, o cümlədən maşınqayırma və dağ-mədən şirkətlərinə, aviasiya sənayesi müəssisələrinə şamil olunacaq. Aİ liderlərinin oktyabrın ortalarında keçiriləcək birlik sammitində tədbirləri təsdiqləyəcəkləri gözlənilir.
Mənbələrdən biri onu da qeyd edib ki, ABŞ oktyabrın 1-də axşam saatlarında İsrailə qarşı həyata keçirdiyi raket hücumuna görə İrana qarşı məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.
Sentyabrda Avropa İttifaqının diplomatiya rəhbəri Josep Borrell bildirmişdi ki, Aİ İranın aviasiya sənayesinə sanksiyalar tətbiq etməyi düşünür, çünki Brüsselin məlumatına görə, Tehran Rusiyaya ballistik raketlər göndərib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ