Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Ukrayna ilə Rusiya aktivləri hesabına ödənməsi şərtilə 18,1 milyard avro dəyərində makromaliyyə krediti üzrə anlaşma memorandumu imzalayıb.
Musavat.com xəbər verir ki, məlumatı sənədə imza atan Avropa Komissiyası (AK) sədrinin icraçı müavini Valdis Dombrovskis X hesabında açıqlayıb: "Bu, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə Ukraynaya dəstək olmaq üçün G7 təşəbbüsünün bir hissəsidir".
Xatırladaq ki, iyun ayında İtaliyada keçirilən G7 sammitinin iştirakçıları Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukrayna üçün istifadə etmək barədə razılığa gəliblər. Razılıqda bu ilin sonuna qədər Kiyevə 50 milyard dollar kreditin verilməsi nəzərdə tutulur.
Noyabrın 26-da ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, G7 ölkələri bu 50 milyard dolların Ukraynaya ayrılması üzrə işin son mərhələsinə keçiblər.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ