Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı ölkələri, Baltik dənizinə çıxışı olan dövlətlər “Rusiyanın kölgə donanması”na aid olan gəmiləri toplamağa imkan verəcək hüquqi tədbirlər hazırlayır.
Musavat.com-un xəbərinə görə, bu barədə “Politico” saytına Avropa rəsmiləri və diplomatları məlumat veriblər.
Onların sözlərinə görə, yeni qanunvericilik Rusiya gəmilərinə “ekoloji ziyan vurması” və ya dənizdə sualtı kabelləri və digər kritik infrastruktura zərər vurması” iddiası ilə əl qoymağa imkan verəcək. Bunun nəticəsində tankerlər “dəniz quldurluğuna qarşı mübarizə” adı altında müsadirə olunacaq.
Məlumata görə, Litva və Estoniya kimi bəzi Aİ ölkələri “etibarlı” dəniz sığorta şirkətlərinin siyahısını yaratmağı planlaşdırır: əgər gəmi siyahıya daxil olmayan bir şirkət tərəfindən sığortalanıbsa, o zaman rəsmi strukturlar tərəfindən saxlanacaq.
Musavat.com
11 Fevral 2025
10 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ