İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Rusiya nefti daşıyan tankerlərə liman qadağası tətbiq edir

Avropa İttifaqı sanksiyaya məruz qalan Rusiya neftini digər gəmilərdən dənizdə özünə yükləyib daşıyan hər hansı tankerin öz limanlarına girişinə qadağa qoyub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə cümə günü Avropa Şurasının saytında dərc edilmiş bəyanatda deyilir.

“Gəmidən-gəmiyə formatında neft daşıyan, Rusiyadan neft idxalına qoyulan qadağadan və ya bu yanacaq növü üçün G7 tərəfindən müəyyən edilmiş qiymət tavanından yayınmaqda şübhəli bilinən gəmilərin Aİ limanlarına girişinə qadağa tətbiq edilir”, - məlumatda bildirilir.

Bundan əlavə, Aİ məhdudiyyətlərə məruz qalan Rusiya Federasiyasından neft daşıyarkən “naviqasiya izləmə sistemlərini manipulyasiya edən və ya söndürən” gəmilər üçün də limanlarını bağlayacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR