İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Ermənistandakı müşahidəçilərinin sayını artırır

Avropa İttifaqı Ermənistandakı müşahidəçilərinin sayını 138-dən 209-a çatdıracaq.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel deyib. Avropa diplomatiyasının rəhbəri Brüsseldə mətbuat konfransı zamanı bildirib ki, bu barədə qərar Aİ-yə üzv ölkələrin Xarici İşlər nazirliklərinin rəhbərləri tərəfindən qəbul edilib.

Botel bu addımı “Ermənistan-Azərbaycan sərhədində sabitliyin artırılması yolu” adlandırıb.

Qeyd edək ki, 2022-ci ilin oktyabrında Aİ-nin Ermənistana göndərdiyi “mülki missiya”nın üzvlərinin sayı 40 nəfər, xidmət müddəti iki ay müəyyən edilsə də, sonradan həm şəxsi heyətin sayı, həm də müddət artırıldı.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR