Onlayn ictimai-siyasi qəzet
Ermənistan KİV-i xəbər verir ki, Avropa İttifaqı Ermənistana ədliyyə sahəsində islahatlar üçün 11 milyon avro ayıracaq, layihə Ermənistan hökumətinin iclasında təsdiqlənib.
Musavat.com xəbər verir ki, Ermənistan və Avropa Komissiyası arasında razılaşma Aİ-nin 9 milyon avro məbləğində maliyyə dəstəyini nəzərdə tutur. Əlavə yardım olaraq daha 2 milyon avro ayrılacaq. “Sazişin əsas məqsədi Ermənistanda ədliyyə sahəsini və korrupsiyaya qarşı mübarizəni təşviq etmək və onu beynəlxalq standartlara uyğunlaşdırmaqdır.
Söhbət xüsusilə cinayət mühakiməsi sistemindən, o cümlədən gender məsələlərindən gedir. Həmçinin, ayrılan vəsait müstəqil arbitraj mərkəzinin yaradılmasına yönəldiləcək”, - məlumatda deyilir.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ