İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı dondurulmuş Rusiya aktivləri ilə bağlı 3 variant hazırlayıb

Avropa Komissiyası Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması müddətinin uzadılmasının üç yeni variantını təqdim edib.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, variantlardan biri aktivlərin dondurulmasının beş il müddətinə uzadılmasını, hər 12 aydan bir nəzərdən keçirilməsini ehtiva edir.

İkinci variant, yekdil səsvermə ilə aktivlərin dondurulmasını hər 36 aydan bir uzadacaq. Üçüncü variant isə Rusiya ilə bağlı bütün sanksiyaların müddətinin 36 aya qədər uzadılmasıdır. Agentlik qeyd edib ki, hazırda sanksiyalar altı aydan bir yenilənir.

Qeyd edək ki, Ukraynadakı işğalı müharibəyə başladıqdan sonra Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub. Bunun təqribən 5-6 milyard dolları ABŞ-da, böyük hissəsi isə Avropada, o cümlədən Belçikada beynəlxalq Euroclear mərkəzində (210 milyard dollar) saxlanılır.

G7 və Aİ-nin qərarı ilə dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə olunan gəlirlər Ukraynaya verilir. Bundan əlavə, həmin aktivlərin girov qoyulması müqabilində G7 tərəfindən Ukraynaya güzəştli şərtlərlə 50 milyard dollar kredit ayrılması nəzərdə tutulur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR