İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı “Avropa legionu” yaradır – özünü qorumaq üçün...

Avropa İttifaqı assosiasiyaya üzv ölkələrin müdafiəsi üçün çevik reaksiya qüvvələri yaradacaq. Bunu Yunanıstanın “Ekathimerini” nəşrinə müsahibəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

“Düşünürəm ki, vahid Avropa İttifaqı ordusu haqqında danışmaq lazımsız çaşqınlıq yaradır, çünki bu, milli orduların birləşməsini nəzərdə tutur və bunun heç vaxtsa baş verəcəyini düşünmürəm. Bununla belə, biz Avropanın hərbi potensialının - çevik reaksiya qüvvələrinin formalaşması prosesindəyik. Mən onları “Avropa legionu” adlandırıram”, - deyə nazir bildirib.

Sikorski yeni hərbi strukturun yaradılmasının zəruriliyini ABŞ-ın Çinlə qarşıdurmada olması ilə əsaslandırıb. Ona görə də, nazirin sözlərinə görə, Avropa müttəfiqlərinə arxalanmamalı, müdafiə məsələlərində “yükü daha çox öz üzərinə götürməlidir”.

Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirmişdi ki, yaxın gələcəkdə Aİ-nin ümumi ordusu olmayacaq. Onun sözlərinə görə, assosiasiyaya üzv ölkələr müdafiə sahəsində səlahiyyətləri Avropa İttifaqı institutlarına vermək istəmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR